İR Siyasətimiz

Müasir iş dünyasında şirkətlərin uğurunun açarı təkcə məhsul və ya xidmətlərinin keyfiyyəti deyil, həm də işçilərinin dəyərinə verilən önəmdir.

Biz MMC şirkəti olaraq, bu nöqtədə İnsan Resurslarına investisiya qoyuluşunun əhəmiyyətini başa düşür və fəaliyyətimizin ilk günündən etibarən insan resurslarının inkişafını əsas prioritetlərdən biri kimi qəbul edirik. İnsan kapitalı bizim ən dəyərli kapitalımızdır.

İşçilərimizin məmnuniyyəti və rifahı biznes strategiyamızın əsasını təşkil edir.

Çünki bu əsas, bizə, ölkə və beynəlxalq əhəmiyyətli layihələrin keyfiyyətli, vaxtında və təhlükəsiz başa çatdırılmasın açarını verir.İnsan yönümlü yanaşmanı mənimsəməklə, biz, hər bir işçimizə karyera məqsədlərinə çatmaqda dəstək olmaq, fərdi inkişaflarını izləmək və onların potensialını maksimum dərəcədə artırmaq məqsədi daşıyırıq.İnsan kapitalına yönəlmiş strategiyaya riayət etməklə biz təkcə şirkətimizin uğurunu təmin etmirik, həm də əməkdaşlarımıza işlərini həyat tərzinə çevirməyə kömək edirik. Şirkətimizdəki hər bir fərdin töhfəsi bir komanda olmaqdan kənara çıxır, eyni zamanda bir ailə olmaqdan gələn həmrəylik və dəstək hissini də gətirir.

TEKFEN İnşaat və Təsisat A.Ş.

Biz işçilərimizi təkcə gündəlik işlərində deyil, həm də karyeralarında və şəxsi inkişaflarında dəstəkləməyə sadiqik. Təlim proqramları, mentorluq imkanları və karyera planlaması kimi elementlər işçilərimizə təkcə cari vəzifələrini yerinə yetirməklə yanaşı, həm də gələcəklərinə diqqət yetirməyə kömək edir. Bu yolla biz, əməkdaşlarımıza işlərinin qarşlığında sadəcə maddi gəlir deyil, daha yüksək dəyər verməyi və hər bir işçinin öz potensialından maksimum səviyyədə istifadə etməsini hədəfləyirik. İnsan kapitalına qoyulan sərmayə təkcə fərdlərin deyil, bütöv bir ölkənin inkişafına dəyər qatır. Bilik, bacarıq və yaradıcılıqla təchiz edilmiş əhali iqtisadi artımı dəstəkləyir, innovasiyaları stimullaşdırır və cəmiyyətin ümumi rifahını artırır.

Biz, bütün bu dəyərlərlə yanaşı, insan kapitalına qoyulan investisiyaların bütün nüanslardan qabaq, ölkənin davamlı inkişafının təməl daşlarından biri olduğunu başa düşür və cəmiyyətimizə dəyər qatmaq yolunda əmin addımlarla ilərləyirik.”