Customers

British Petroleum (BP)

BP Səngəçal Terminalının Genişləndirilməsi Proqramının operatorudur. AZFEN və TEKFEN bu layihə üçün tikinti işlərini yerinə yetirmişdir. BP və AZFEN arasındakı qarşılıqlı hörmət və etibar sayəsində layihə uğurla başa çatmışdır. AZFEN AMEC və TEKFENlə birlikdə Kompressiya və Suvurma Platforması, Texnoloji Avadanlıqlar, Kompressiya, Suvurma və Məişət Avadanıqları Platforması kimi digər irihəcmli layihələrdə də iştirak etmişdir.

Detailed

SOCAR(Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)

''Şahdəniz'' qazının ölkə ərazisində nəqli üçün nəzərdə tutulmuş Səngəçal-Qazıməmməd 1220 mm diametrli 48” qaz kəmərinin tikintisi 1 Noyabr 2006-cı il tarixində başlamışdır. Qaz kəmərinin marşrutu çətin keçilən ərazilərdən keçməklə yanaşı, 3 mühüm boru xətti ilə - BTC (Bakı-Tbilisi-Ceyhan), Bakı-Ərzurum qaz kəməri və Qərb Neft İxracı Kəməri ilə kəsişir. Tikintinin sifarişçisi SOCAR-ın Qaz əməliyyatları idarəsi olmuşdur. Azfen B.M. bu işləri uğurla həyata keçirmiş və kəmər 15 Iyun 2007-ci il tarixində bütövlükdə istismara verilmişdir. 2017-ci ilin aprelində Azfen B.M. Podratçı qismində Heydər Əliyev adına Neftayırma Zavodunun Rekonstruksiyası və Modernizasiyası layihəsinin icrasına başlamış və layihə 2018-ci ilin iyununda uğurla başa çatdırılmışdır.

Detailed

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ)

ABƏŞ bizim ilk sifarişçimiz olub. 1996-cı ildə onlarla ilk müqavilənin imzalandığı gündən bəri bir sıra uğurlu layihələri həyata keçirmişik. Bu layihələrə Yataqların Tammiqyaslı İşlənməsi Layihəsi, Səngəçal Terminalının Genişləndirilməsi Proqramı və İlkin Neft Layihəsi, CWP (Kompressiya və Suvurma Platforması) Üst Tikililərinin Emalatı, PCWU (Texnoloji Proseslər, Kompressiya, Suvurma və Məişət Avadanlıqları) Platforması Layihəsi/AÇG FFD-C-1006 Faza 3, COP-WC (Çıraq Neft Layihəsi - Qərbi Çıraq Platformasının Üst Tikililəri, Qazma Qurğularının Emalatı və Yaşayış Bloklarının İnteqrasiyası) layihəsi daxildir.

Detailed

Amec

Amec Process and Energy limited, Çıraq 1 platforması Su İnjeksiyası sisteminin emalatı və quraşdırılması layihəsində sifarişçimiz olmuşdur. Layihə 1999-cu ildə başlamış və 2000-ci ildə uğurla başa çatdırılmışdır. Layihəyə, ofşorda, Çıraq 1 platformasinda quraşdırılacaq bütün tikinti poladının və emal edilmiş spulların montaj işləri də daxil idi. Bütün işlər Tekfenlə alyans şəklində həyata keçirilmişdir. Bundan əlavə, 18.09.2002-ci ildə CWP Platformasının (Kompressiya və Suvurma Platforması) emalatı üzrə müqavilə ATA (AMEC-TEKFEN-AZFEN) Konsorsiumuna həvalə edilmiş, 2004-cü ildə Azfen B.M. ATA Konsorsiumu tərkibində AÇG Yataqlarının Tammiqyaslı İşlənməsi layihəsinin 3-cü Fazası çərçivəsində quraşırılacaq PCWU Platforması Üst Tikiiərinin Emalatı layihəsini qazanmış və başqa bu kimi layihələr uğurla həyata keçirilmişdir.

Detailed

Saipem

Saipem, AÇG Layihəsi çərçivəsində Dayaq Platformaları və Üst Tikililərin quraşdırılıması və daşınması işlərinə cavabdehlik daşımışdır. Bura, layihəyə aid əməliyyatların yerinə yetirilməsi üçün vəsaitlərin bərpası işləri daxil olmuş və layihə uğurla həyata keçirilmişdir. 2002-ci ildə AZFEN Saipermlə birlikdə emalat, quraşdırma, texniki xidmət işləri üzrə bir sıra müqavilələr imzalamışdır. 2014-cü ildə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsinin (CQBKG) həyata keçirilməsi SAIPEM və Azfen B.M. Konsorsiumuna həvalə edlmiş və layihə başa çatdırılmışdır.

Detailed

Toyo Engineering Corporation

Toyo Engineering Corporation başqa bir sifarişçimizdir. Bizim Toyo ilə işimiz Azərbaycanda Azəriqaz Boru Xətti layihəsinin boru kəməri hissəsinin tikintisindən ibarət idi. Müqaviləyə layihəyə aid tikinti, quraşdırma və layihənin başa çatdırılması işləri daxil idi. Bu işlər 2002-ci ildə həyata keçirildi.

Detailed

Georgian Pipeline Company (GPC)

Bu şirkətin həyata keçirdiyi layihədə Azfen B.M.-in üzərinə düşən iş Gürcüstanda Qərb Marşrutu Boru Xətti ilə əlaqədar 2 Təzyiqazaltma Stansiyasının tikintisini əhatə edirdi. Stansiyalar 200m və 900m hündürlüklərdə və sərt iqlim şəraitinə məruz qalan bir ərazidə yerləşirdi. Belə ki, burada temperatur -15C və +40C arasında dəyişir, yağış və qar ara vermirdi. Lakin bütün bu çətinliklərə baxmayaraq, Layihə 10 ay davam edərək vaxtında, 1998-ci ildə başa çatdırıldı.

Detailed

WorleyParsons

2017-ci lin aprelində Azfen MMC sifarişçisi WorleyParsons olan SD1 Genişləndirmə və Ötürücü Xəttin çəkilişi layihəsinin icrası mərhələsi ərzində DBXO (Genişləndirmə və Ötürücü Xəttin çəkilişi) üçün Quruda/Dənizdə Bərpa Olunan Mövcud Obyektə aid ölçülərin yoxlanması, emalat və quraşdırma xidmətlərinin təmini layihəsinin icrasına başlamışdır. Layihənin iş həcmi SD1 və SD2 arasında yeni 18" qaz və 6" kondensat ötürücü xəttinin çəkilişini əhatə etmiş, layihə uğurla başa çatmışdır.

Detailed
BP logo

British Petroleum (BP)

AZFEN B.M. yarandığı 1996-cı ildən bu günə kimi Neft sənayesinin inkişafında böyük işlərə, layihələrə imza atmışdır. Bu gün də AZFEN Birgə Müəssisəsi Neft sənayesinin inkişafı üçün uğurlu və çoxşaxəli layihələr həyata keçirir. AZFEN Birgə Müəssisəsi yarandığı gündən bu günə kimi müəssisənin nəqliyyat qolu olan Qaraj İşlətmə Sahəsi fəaliyyət göstərir.

İlk vaxtalarda Qaraj İşlətmə Sahəsində 5-6 minik maşını və bir neçə avadanlıq var idisə, hal-hazırda müəssisənin balansında 147 minik, 35 yük, 28 mexanizm və yüzlərlə avadanlıqlar mövcuddur. Bu gün Qaraj Sahəsi həmin maşınlara, mexanizmlərə və avadanlıqlara vaxtlı-vaxtında düzgün qulluq göstərilməsi və onların təmiri xidmətərini həyata keçirir. Kollektiv olaraq cəmi 34 nəfərdən ibarət olan işçi heyəti ilə böyük işlər görməkdədirlər.