Təcrübə və müasir texnologiyalar

Sifarişçilər

Fəaliyyət sahələri

Mühəndislik

Bizim mühəndislik məsələlərinin münasib həlli yollarını təmin edə bilən mütəxəssislər qrupumuz mövcuddur. Bura layihələrin planlaşdırılması və işlənməsi, layihələşdirmə əsasları, texniki-iqtisadi əsaslandırma və başqa mühəndislik xidmətləri daxildir.

İstehsalat

AZFEN MMC.-nin istehsalat sahəsi ildə 7,000 ton mürəkkəb polad konstruksiyalar istehsal etmək gücünə malikdir. Regionda ən böyük istehsalat sahələrindən birinə, səkkiz basketbol meydançasına bərabər əraziyə malik anbarı, daimi yeməkxana və yaşayış binaları, yükvurma meydançası, istirahət və əyləncə yerləri, tibb məntəqəsi və tam təchiz olunmuş təlim və daimi ofis binaları ilə AZFEN geniş çeşidli istehsalat xidmətlərini yerinə yetirmək imkanına malikdir.

Tikinti

Tikinti sahəsindəki səriştəmizi müqavilə tərəfdaşımız və məsləhətçimiz olan TEKFENin sayəsində əldə edirik. Onun köməyi ilə, laihələrin uğurla həyata keçirilməsinə nail olmuşuq. TEKFEN-in kompleks platformaların, boru xətti sistemlərinin və neft və qaz terminallarının tikintisi sahəsindəki təcrübəsi bizə regionda tiinti işlərində ən etibarlı tərəfdaş kimi nüfuz qazandlrmışdır.

Quraşdırma

Biz texnoloji, təhlükəsizlik, elektrik və nəzarət-ölcü avadanlıqlarının, eləcə də, boru və konstruksiyaların quruda və dənizdə quraşdırılması sahəsində təcrübə qazanmışıq. Şirkətimiz hər layihə üçün müstəqil Keyfiyyətə Nəzarət İşçi Qrupu təyin edir. Bu isə, quru və dəniz neft sənayesində müəyyənləşdirilmiş ən yüksək təhlükəsizlik texnikası və keyfiyyət standartlarının təmin edilməsi ilə nəticələnir.

Obyektlər

  • Ümümi sahə 40 000+ m2
  • 11 Obyekt
  • 1996 ildən

Qaraj sahəsi

İstehsalat sahəsi

Müstəqil autditorun hesabatı

İqtisadi və Statistik göstəricilər

Bütün hesabtlara bax

Son işlərimiz

Layihələr

BAKI

Heydər Əliyev adına Neftayırma Zavodunun (HAOR) Modernizasiyası və Rekonstruksiyası Layihəsi

2018

Dünya standartlar

BAKI

ACE (Mərkəzi Şərqi Azəri)
neft hasilat platforması

2019

23 il içində

108 Layihələr

Daha çox layihələrə bax

Gürcüstan

AGT (Azərbaycan Gürcüstan Türkiyə) Regionu üçün Emalat və Tikinti Xidmətlərinin Təmini

2018

Dünya standartlarına cavab verən AZFEN birgə müəssisəsi

AZFEN MMC. 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir.

Məqsədimiz neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. Təcrübə və müasir texnologiyaların tətbiqi bizə Xəzər regionunda neft şirkətlərinə misilsiz xidmət göstərmək imkanı vermişdir. Biz irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirmişik. Bacarıq və təcrübəmizlə yanaşı, sağlam və təhlükəsiz iş şəraitinə böyük əhəmiyyət veririk.

Hal-hazırda AZFEN fəaliyyətini dünya miqyasında genişləndirməyə çalışır.

Açıq məktub

Baş Direktordan

Həmid Həsənov

AZFEN MMC-in Baş Direktoru

"Azfen" MMC. 1996-cı ilin yanvar ayında yaranıb və Azərbaycanda beynəlxalq səviyyəli, dövlət əhəmiyyətli layihələri icra edən, o cümlədən neft və qaz layihələrində platformaların, boru kəmərlərinin, terminalların və s. tikintisini həyata keçirən bir müəssisədir. "Azfen" MMC.-nin məqsədi ölkəmizin neft və qaz sənayesi üçün mühüm əhəmiyyəti olan beynəlxalq səviyyəli layihələrdə uğurla iştirak etməkdən, hər layihədə yüksək göstəricilərə imza ataraq, növbəti beynəlxalq səviyyəli tenderlərdə qalib gəlməkdən və yeni-yeni irihəcmli, mürəkkəb texnologiyalı obyektlərin inşasında iştirak etməyə nail olmaqdan ibarətdir ki, fəaliyyət göstərdiyi 20 ildən artıq dövr ərzində də müəssisəmiz deyilən  məqsədlərə  yüksək formada çatıb.

"Azfen" MMC.-nin vəzifəsi isə, iştirak etdiyi bütün mühüm dövlət əhəmiyyətli layihələri müəyyən olunmuş vaxtda və yüksək beynəlxalq standartların tələbləri səviyyəsində icra etməkdən, işə cəlb etdiyi işçilərin professional səviyyəsinin yüksək olmasına, mütəmadi olaraq ölkə daxilində ve ölkə xaricində təlimlər keçməklə işçilərimizin kvalifikasiyasının artırılmasına, mühəndis-texniki işçilərin elm ve texnikanın bütün yeni nailiyyətlərini mənimsəməsinə, işçilər tərəfindən əmək intizamı tələblərinə əməl olunmasına, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə, işçilərlə olan əmək münasibətlərinin qanunlara və mənəvi dəyərlərə uyğun olmaqla yüksək səviyyədə qurulmasına nail olmaqdan və işçilərin təhlükəsizliyinin, onların sağlamlığının qayğısına qalmaqdan ibarətdir.

Daha Ətraflı

Xəbərlər

KATEQORİYALAR

  • Bütün məqalər
  • Xəbərlər
  • Bloq
  • Bilik
  • Hüquq
  • Sertifikat
  • Treninglər
Heydər Əliyev

Ümummilli lider

İlham Əliyev

Prezident

Mehriban Əliyeva

Birinci Vitse-Prezident